Hummelsin yeni klubu bilindi - Bu gün müayinədən keçəcək

Sep 4, 2024 - 09:12
 0
Hummelsin yeni klubu bilindi - Bu gün müayinədən keçəcək

Dortmund "Borussiya"sının və Almaniya yığmasının sabiq müdafiəçisi Mats Hummels "Roma"ya keçməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, İtaliya klubu ötən gün almaniyalıya şəxsi müqavilə ilə bağlı cəlbedici təklif göndərib və müsbət cavab alıb. Romalılar artıq müdafiəçi üçün bu gün üçün tibbi müayinə təyin ediblər.

Xatırladaq ki, Hummels “Borussiya” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow