Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi

Sep 4, 2024 - 10:41
 0
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanın Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

AzToday.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımında deyilir:

"Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow