İrandan Azərbaycana 1 242 ton forel gətirilib – Kiloqramı 7,2 manata

Aug 27, 2024 - 15:16
 0
İrandan Azərbaycana 1 242 ton forel gətirilib – Kiloqramı 7,2 manata

Bu ilin ilk yarısında Azərbaycana İrandan 1 242 ton alabalıq (forel) idxal olunub.

Yeniavaz.com xəbər verir ki, İrandan idxal olunan alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,2 manat olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə İrandan Azərbaycana builkindən təxminən 2 dəfə az – 560 ton alabalıq idxal olunub. Ötən il İrandan idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,7 manat olub.

Onu da bildirək ki, alabalıq Azərbaycana ancaq İrandan idxal olunur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow