Ukrayna ABŞ-a Rusiyaya zərbələr endirəcək hədəflərin siyahısını verəcək

Aug 27, 2024 - 15:14
 0
Ukrayna ABŞ-a Rusiyaya zərbələr endirəcək hədəflərin siyahısını verəcək

Kiyev Vaşinqtona Rusiyada ABŞ-ın uzaqmənzilli silahlarının vura biləcəyi hədəflərin siyahısını təqdim etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Ukraynanın müdafiə naziri Rustem Umerov və prezident ofisinin rəhbəri Andrey Yermak bu həftə Vaşinqtonu ABŞ-ın uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son səy göstərəcəklər, vəziyyətlə tanış olan üç mənbə bildirib. Ukrayna rəsmiləri prezident Co Bayden administrasiyasına mümkün zərbə üçün hədəflərin ətraflı siyahısını təqdim edəcək.

"Ukrayna üçün silahların çeşidinə heç bir məhdudiyyət qoyulmamalıdır. Həyatın müdafiəçiləri silah məsələsində məhdudiyyətlərlə üzləşməməlidirlər”, - deyə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Nəşrin mənbələrinə görə, Ukrayna hakimiyyəti artıq bir neçə dəfə Bayden administrasiyasına Rusiya daxilində daha effektiv hücum üçün Amerika raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Vaşinqton hesab edir ki, məhdudiyyətlərin aradan qaldırılması Moskvanı Ukraynada daha aqressiv hərəkətlərə təhrik edə bilər.

Eyni zamanda, Amerika rəsmiləri qeyd edirlər ki, Rusiyanın əsas hədəflərinin əlçatmaz yerdə hərəkətini nəzərə alsaq, "məhdudiyyətlərin aradan qaldırılmasında strateji üstünlük azdır”. Vaşinqton hesab edir ki, Kiyevin uzaqmənzilli raketlər üçün kifayət qədər sayda taktiki raket sistemləri yoxdur, çünki Ukrayna onlardan Krımda hücumu üçün istifadə edir, üstəlik, ABŞ-da ATACMS raketlərinin məhdud təchizatı var, "Politico”nun həmsöhbətləri aydınlaşdırıblar.

Bazar ertəsi səhər Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın məhdudiyyətlərlə bağlı siyasətində heç bir dəyişiklik olmadığını deyib: "Bu, prezident Zelenskinin yeni istəyi deyil. Amma dəfələrlə dediyim kimi, biz ukraynalılarla danışıqları davam etdirəcəyik, lakin onları gizli saxlayacağıq”.

Nəşrin məlumatına görə, bəzi ukraynalı rəsmilər Bayden administrasiyasının yaxın vaxtlarda məhdudiyyətləri aradan qaldırmağı düşündüyünü iddia edirlər. Vəziyyətlə tanış olan mənbə bildirib ki, Vaşinqton həqiqətən də Kiyevi dinləmək niyyətindədir, lakin məsələnin həssaslığına görə administrasiyanın fikrini bilmir. Ağ Ev bundan əvvəl siyasətini dəyişmək niyyətində olduğunu bildirməmişdi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow