İsrail öz əsgərlərini vurdu – Ölən və yaralananlar var

Aug 20, 2024 - 07:51
 0
İsrail öz əsgərlərini vurdu – Ölən və yaralananlar var

İsrail ordusu bu gün səhər saatlarında Qəzza zolağına hava hücumu zamanı öz əsgərlərinin yerləşdiyi binanı vurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib.

Bildirilir ki, hava qüvvələrinə aid F-15 təyyarəsi səhər saat 06:30 radələrində Xan Yunus bölgəsinə hücum təşkil edib. Atılan raketlərdən biri texniki problem səbəbindən hədəfə alınan əraziyə doğru getməyib, əvəzində İsrail əsgərlərinin yerləşdiyi çoxmərtəbəli binaya düşüb. Sözügedən binanın hədəf alınan nöqtədən 300 metr aralıda olduğu bildirilib.

Açıqlamada hücumda 1 İsrail əsgərinin öldüyü, 3-ü ağır olmaqla 6 əsgərin yaralandığı qeyd edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow