Makron Durova “Telegram”ın qərargahını Parisə köçürməyi təklif edibmiş – WSJ

Aug 28, 2024 - 10:59
 0
Makron Durova “Telegram”ın qərargahını Parisə köçürməyi təklif edibmiş – WSJ

Fransa Prezidenti Emmanuel Makron 2018-ci ildə “Telegram”ın yaradıcısı Pavel Durova şirkətin baş ofisini Parisə köçürməyi təklif edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

Onların məlumatına görə, Makron 2018-ci ildə Durovla məxfi nahar edib və nahar zamanı ona “Telegram”ın baş ofisini Fransa paytaxtına köçürməyi təklif edib.

Eyni zamanda, Fransa lideri “Telegram”ın yaradıcısı ilə ona bu ölkənin vətəndaşlığının verilməsini müzakirə edib.

Buna baxmayaraq, Durov şirkəti Parisə köçürməkdən imtina edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow