Qalmaqallı “Şərur” MTK-nın məhkəməsidir…

Sep 3, 2024 - 13:17
 0
Qalmaqallı “Şərur” MTK-nın məhkəməsidir…

Dəfələrlə cərimələnən qalmaqallı “Şərur” MTK haqqında bu dəfə də ətraf mühitə vurduğu zərər görə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı MTK-nın İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Şərur” MTK ilə bağlı iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. İşə bu gün keçiriləcək prosesdə hakim Rufan Mürsəlov sədrlik edir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow