Sosial yardıma görə nazirlik məhkəməyə verildi

Aug 28, 2024 - 12:15
 0
Sosial yardıma görə nazirlik məhkəməyə verildi

Sosial təminat ala bilməyən vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və onun tabeliyindəki Sosial Xidmətlər Agentliyini məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, nazirlik və agentliklə bağlı iddianı Dadşov Amil Seydəmir oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İddiaçı sosial təminat problemi üzündən məhkəməyə müraciət edib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 26 sentyabr tarixində hakim Kamran Əkbərovun sədrliyi ilə işə baxılacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow