PSJ-nin futbolçusu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

Aug 28, 2024 - 12:17
 0
PSJ-nin futbolçusu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

PSJ-nin və Uruqvay millisinin dayaq yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Uqarte yaxın günlərdə "Mançester Yunayted"ə keçəcək. Mənbə bu keçidin "qırmızı şeytanlar"a 60 milyon avroya başa gələcəyini vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm PSJ forması ilə Liqa 1-də 25 matça çıxan 23 yaşlı oyunçu 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Uqartenin transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow