Viktor Osimhen "Qalatasaray" yolunda - Rəsmi açıqlama

Sep 3, 2024 - 09:40
 0
Viktor Osimhen "Qalatasaray" yolunda - Rəsmi açıqlama

Türkiyə klubu "Qalatasaray" ulduz futbolçu Viktor Osimhenlə güclənə bilər.

Fanat.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı forvardın keçidiylə bağlı "Napoli" klubu ilə danışıqlara başlayıb. 

"Qalatasaray" bu barədə rəsmi açıqlama yayıb: "Viktor Osimhenin icarəsi ilə bağlı futbolçu və onun klubu “Napoli” ilə rəsmi danışıqlara başlanılıb. 

"Napoli"nin heyətindən uzaqlaşdırılan Viktor Avropada transfer pəncərəsi bağlanması səbəbindən klubsuz qalmaq təhlükəsi ilə üzləşib. Nəticədə Osimhen Türkiyədə oynamağa razılıq verib. Razılaşmaya əsasən "Qalatasaray" hücumçunun illik 11 milyon avroluq maaşını ödəyəcək.

Qeyd edək ki, PSJ-yə keçmək istəyən Osimhenin arzusu klubların anlaşmaması üzündən reallaşmayıb. Neapollular onu "Çelsi"yə satmağı təklif etsə də, nigeriyalı Londona getməkdən imtina edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow