Dibala ərəblərin milyonlarından niyə imtina edib? - Özü açıqladı

Aug 26, 2024 - 21:13
 0
Dibala ərəblərin milyonlarından niyə imtina edib? - Özü açıqladı

"Roma"nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanının Pro Liqasına keçməkdən niyə imtina etdiyini açıqlayıb.

Fanat.az xəbər verir ki, "Goal" argentinalı ulduzun dediklərini belə təqdim edib:

"Hər kəs pula baxır, amma təhlükə çox idi: ailəm, şəhərim, komandam və Argentina millisinə qayıtmaq istəyim. 30 yaşım var və özümü yaxşı hiss edirəm. Zədələrimə görə çox tənqid olundum, amma hər gün çox çalışmağa çalışıram ki, əlimdən gələni edim.
Təbii ki, belə rəqəmləri görəndə... Deməyəcəyəm ki, bu barədə düşünməmişəm, götür-qoy etmişəm. Müsbət və mənfi cəhətləri ölçüb-biçmişəm". 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubu argentinalıya 75 milyon avro dəyərində üç illik müqavilə təklif edirdi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow