"Mbappe ketçup butulkasına bənzəyir"

Sep 5, 2024 - 18:42
 0
"Mbappe ketçup butulkasına bənzəyir"

"Mən "Real"ın nə demək olduğunu, Kilian Mbappenin hansı şərtlər altında oynadığını bilirəm".

Fanat.az xəbər verir ki, bunu AS nəşrinə çaıqlamasında "Real Madrid"in hücumçusu Xoselu deyib.

O, "Kral klubu"na bu yay qoşulan fransalı ulduzu ketçup butulkasına bənzədib:

"Mbappe ketçup butulkasına bənzəyir. Əvvəl sıxırsan, heç nə çıxmır, sonra fışqırır. O, artıq "Betis"lə oyunda iki qol vurub və fərqlənməyə davam edəcək. Mbappe "Real"ın tarixinə düşəcək. Həm o, həm də ətrafındakılar".

Xatırladaq ki, Kilian İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 5 oyuna çıxaraq 2 qola imza atıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow