Rodri "Mançester Siti"ni İspaniya nəhənginə dəyişə bilər

Sep 4, 2024 - 12:12
 0
Rodri "Mançester Siti"ni İspaniya nəhənginə dəyişə bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasının İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.az xəbər verir ki,  informasiyanı "Diario AS" yayıb.

Xəbərə görə, son Avropa çempionatının ən yaxşı oyunçusu olan ispan futbolçunun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə 28 yaşlı Rodrinin gələn ilin yayında "Kral klubu"na keçmək ehtimalının yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, İspaniya millisinin üzvünün MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" Rodrinin transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow