Rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlandı

Aug 20, 2024 - 20:14
 0
Rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlandı

Ötən il Azərbaycanda doğulan 112 min 620 uşağın 14%-i və ya 15 min 622-i rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə bu göstərici aşağı düşüb.

Müqayisə üçün bildirək ki, 2022-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 15,3%-ni təşkil edib.

Son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmağa başlayıb. Nikahda olmayan qadınlar tərəfindən ən çox uşaq 2011-ci ildə dünyaya gəlib – 30 min 983 nəfər.

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Ötən il doğulmuş 15 min 622 uşağın 9 min 603-ü kənd yerlərində, 6 min 19-u isə şəhər yerlərində dünyaya gəlib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow