Tələbələr üçün hazırlanan yeni güzəşt kartlarının üstünlüyü nədən ibarətdir? (VİDEO)

Aug 30, 2024 - 08:54
 0
Tələbələr üçün hazırlanan yeni güzəşt kartlarının üstünlüyü nədən ibarətdir? (VİDEO)

Tələblər üçün güzəştli kartlar hazırlanıb.

Tələbələrə dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib olmaları üçün kartlar veriləcək. Bununla bağlı memorandum imzalanıb.

Təhsilin İnkişafı Fondunun əməkdaşı Fəridə Hüseynzadə bildirib ki, "TələbəPlus" adlı kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək.

Bu kartın digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, asanlıqla elektron cüzdanlara əlavə edilə biləcək. "TələbəPlus" kartı itirildiyi zaman ilk olaraq bankla əlaqə saxlanılmalı, kart dondurmalıdır. Daha sonra isə tələbə ona yeni kartın verilməsi üçün şəxsiyyət vəsiqəsi ilə təhsil aldığı universitetin mühasibat şöbəsinə yaxınlaşmalıdır.

Təhsilin İnkişafı Fondundan o da bildirildi ki, tələbələrə ictimai nəqliyyatda güzəştlərin edilməsi üçün də danışıqlar aparılıb, tədbirlər görülür.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow