Yasamalda həkim namizəd Ülvi Quliyevlə əlbirdi? – digər namizədlərin şəkillərini cırdırır: VİDEOFAKT

Aug 30, 2024 - 08:51
 0
Yasamalda həkim namizəd Ülvi Quliyevlə əlbirdi? – digər namizədlərin şəkillərini cırdırır: VİDEOFAKT

Ölkədə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə sayılı günlər qalır.  Redaksiyamız 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Deputatlığa namizəd, İnternational Mediacal Centre 1-də Plastik cərrah kimi fəaliyyət göstərmiş Vüqar Ələkbərovla bağlı ilginc məlimatlar əldə edib. Belə ki, cumhuriyyet.net-ə verilən məlumata görə, deputatlığa namizəd Vüqar Ələkbərovun tərəfdarları dairə üzrə digər namizədlərin şəkillərinin cırılması ilə məşğul olub. Buna sübul olaraq digər namizədlərin şəkillərinin cırılması, həmçinin Vüqar Ələkbərovun vurulmuş şəkillərinin yanında olan digər namizədlərin şəkillərinin qopardılaraq yerində Vüqar Ələkbərovun şəkillərinin yapışdırılması faktları ortaya çıxıb.

Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə adıçəkilən namizəd əslində keçmiş deputat Ülvi Quliyevin sifarişin həyata keçirir. Foto və video materiallardan da aydın görsənir ki, iki nəfər şəxs Yasamal rayon 15 saylı Birinci Seçki Dairəsinin ərazisində qanunsuz fəaliyyətlə məşğul olaraq dövlət tərəfindən rəsmi qeydiyyata alınmış deputatlığa digər namizədlərin təbliğat-təşviqat kampaniyasına maneəçilik törədir.

Aşkar edilmiş faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub.

15 saylı Yasamal birinci dairəsindən namizədi olan Ülvi Quliyev seçicilərlə ciddi problem yaşayır. Bu barədə məlumat verən ALFA.TV bildirir ki, ötən çağırış bu dairədən mandat alan deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Bu laqeyidlik isə cavabsız qalmayıb.Biznesmen deputatın imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub. Düzdür, Ülvi Quliyev inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib və namizədliyi qeydə alınıb, aamma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər. Seçicilərin bildirdiyinə görə, yenidən eyni dairədən deputatlıq eşqinə düşən Ülvi Quliyevin seçiçilər arasında nüfuzu yoxdur və əksər seçicilərin isə bu adlı adlı deputatın varlığından xəbəri belə yoxdur. Buna görə seçki dairəsinin favoritinin Ülvi Quliyev olması barədə deyilənlər boş şeydir. Hakim partiyanın bu dairədən gənc namizədi Quliyev Əli Dilən oğlu biznesmen deputata ciddi problemlər  yaşadacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow