Rusiya Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Aug 19, 2024 - 13:12
 0
Rusiya Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Qaynarinfo xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Vladimir Putin Şəhidlər xiyabanını da ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow