Seçkilərdə neçə müşahidəçi olacaq? – Açıqlandı

Aug 31, 2024 - 15:02
 0
Seçkilərdə neçə müşahidəçi olacaq? – Açıqlandı

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər ümumilikdə 112749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.

MSK sədri bildirib ki, növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) 227 nəfər, ATƏT Parlament Assambleyasından (ATƏA PA) 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Onun sözlərinə görə, seçkini həmçinin geniş sayda parlament nümayəndə heyətləri müşahidə edəcək: “Şimaldan, cənuba qədər geniş coğrafiyanı əhatə edən parlament nümayəndə heyətləri seçkini müşahidə edəcək. Eyni zamanda seçkidə bizim dəvət etdiyimiz 8 seçki komissiyasının sədri müşahidə aparacaq”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow