Xaricdən gətirilən kərə yağı ucuzlaşıb, ət isə bahalaşıb

Aug 17, 2024 - 10:02
 0
Xaricdən gətirilən kərə yağı ucuzlaşıb, ət isə bahalaşıb

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 1 milyard 342,6 milyon dollarlıq yeyinti məhsulları idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal olunan yeyinti məhsulları arasında 85,3 milyon dollarlıq kərə yağı, 68,5 milyon dollarlıq ət olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə həm kərə yağı, həm də ət idxalı artıb.

Onu da qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında idxal olunan kərə yağının gömrük dəyəri aşağı düşüb, ətin orta gömrük dəyəri də yüksəlib.

2023-cü ilin ilk 7 ayında xaricdən gətirilən kərə yağının 1 kq-nın orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olubsa, bu ilin ilk 7 ayında 5,3 dollara (9 manat) düşüb.

İdxal olunan 1 kq ətin gömrük dəyəri isə 2023-cü ilin ilk 7 ayında 1,9 dollar (3,3 manat) olubsa, bu ilin ilk 7 ayında 2,2 dollara (3,8 manat) yüksəlib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow