Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsini qadağan etdi - Qanun

Aug 24, 2024 - 15:04
 0
Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsini qadağan etdi - Qanun

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü, avqustun 24-də Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsini (MP UPK) qadağan edən qanun layihəsini imzalayıb. 

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat dərc edilib.

Ukraynada dini qurumların fəaliyyətinə dair 8371 saylı qanun layihəsinin kartında deyilir ki, sənədə prezident imza atıb.

Qanun Ukraynaya silahlı təcavüz edən dövlətlə əlaqəli dini qurumların fəaliyyətini qadağan edir.

Sənəd dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. MP UPK-nin icmalarının Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsmək üçün doqquz ay vaxtı olacaq.

Ali Rada avqustun 20-də MP UPK-nin fəaliyyətini qadağan edən qanun qəbul edib. 265 deputat lehinə səs verib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow