Hadisə

Eldar Əzizov aciz durumda: Mübariz Hüseynovun fəaliyyətinə nəzarət edə bilməyən mer çıxış yolunun nədə görür?

Bakı Şəhər İcra Hakimiyyəti bir neçə gün öncə Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq barədə tədbir keçirdi.

Tədbirdə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikalarının hazır vəziyyətə gətirildiyi, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işlərinin aparıldığı vurğulandı.

Formal çıxış və hesabatlarla davam edən iclasda diqqətçəkən məqamlardan biri isə görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilməsi oldu.

AzFakt.com-un özəl mənbədən əldə etdiyi məlumata görə bu qərarın verilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən .

Mənzil-Kommunal Təsərrüfat Departamentində və bu qurumun tabeliyində fəaliyyət göstərən idarə və müəssisələrdə korrupsiya faktlarının olması ilə bağlıdır.

Məlumata görə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərliyə başlamasından 5 il keçməsinə baxmayaraq, yeni başçı bu qurumda korrupsiyanın kökünü hələ də kəsə bilməyib.

Departamentin balansılnda olan binaların cari təmiri məqsədi ilə ayrılan vəsaitlərin böyük həcmi hər il sənədlərlə “yuyulur”. Kosmetik aparılan təmir işləri əhalinin Prezident Administrasiyasına kütləvi şikayətinə səbəb olur.

Paytaxt sakinlərinin Prezident Administrasiyasına ünvanladıqları haqlı şikayətlər Eldar Əzizovu radikal qərarlar verməyə məcbur edib.

Ancaq görünən budur ki, uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların rəhbərləri hələ də Eldar Əzizova qarşı ciddi mübarizə apara bilirlər.

AzFakt.com-un əldə etdiyi məlumata görə böyük həcmdə korrupsiya faktlarının olduğu təşkilatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sanitariya və Texniki Təmizlik İdarəsidir.

Qarlı və şaxtalı havalarda Bakı şəhərinin yollarının açıq olmasına, küçə heyvanlarının yemlənməsinə cavabdeh olan bu qurum hər il milyonlarla vəsaiti müxtəlif adlar altında silir.

İdarəninin balansında olan avtomobillərin və texniki vasitələrin təmiri, yenilənməsi, saxlanması, Bakı yollarına hər il alınan texniki duzun və küçə itlərinə alınan yemlərə görə hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Lakin bu vəsaitin böyük hissəsi aidiyyatı üzrə xərclənmir.

Ölkənin ən böyük “tender kralı” ilə əl-ələ verib Sanitariya və Texniki Təmizlik idarəsinə uzun illərdir rəhbərlik edən Mübariz Hüseynovun fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müdaxilə edə bilmədiyi bildirilir.

Vəzifəyə təyin edildiyi dövrdən “seytnot” vəziyyətinə düşən Eldar Əzizovun çıxış yolunu görülən işlərə nəzarət məqsədilə hər bir rayona cavabdeh şəxs təyin edilməsində görür.

Ancaq Eldar Əzizovun bu planının da uğursuz olacağı bildirilir.

Məlumata görə indiyədək ölkənin ən böyük şəhərlərinə – Gəncə və Sumqayıt şəhərlərinə başçılıq edən, 20 ildən artıq başçı kimi təcrübəsi olan Eldar Əzizovun hələ belə aciz duruma düşdüyü olmayıb.

Bakı şəhərində qışa hazırlıqla bağlı Eldar Əzizovun təyin etdiyi cavabdeh şəxslərlə bağlı qərarın isə bir çox dövlət qurumlarında gülüşlə qarşılandığı bildirilir.

Bənzər yazılar

Back to top button