İqtisadiyyat

Sumqayıtda bu məktəbin təmirinə 686 min manat sərf olunacaq

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Sumqayıt şəhər 19 saylı tam orta məktəbin cari təmir işlərinin satınalınması” tenderin nəticələrini açıqlayıb.

AzToday.az fed.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Şəms-95” Firması olub. Şirkətlə 686 min 248.08 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki,şirkətlə bundan əvvəl 2 milyon 827 min 389.32 manat məbləğindəki “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun “Ağcabədi rayonunun “Taxta Körpü” ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ – 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 41 ədəd fərdi yaşayış evlərinin tikintisi” tenderi üzrə müqavilə bağlanılıb (31.10.2019)

Bənzər yazılar

Back to top button