İdman

Simeone Morataya mane olur

Bu gün Avropada “transfer pəncərəsi”nin sonuncu günü olduğu üçün yeni keçidlərlə bağlı gündəm tez-tez dəyişir.

Fanat.az xəbər verir ki, Duşan Vlahoviçin gəlişindən sonra “Yuventus”dan ayrılaraq “Barselona”ya keçmək istəyən Alvaro Morata ilə bağlı da yeni məlumat var.

İspan hücumçunun keçidi son anda düyünə düşüb və çox güman, o, İngiltərə Premyer Liqasına yollanacaq.

Məsələ burasındadır ki, Xavinin israrla sərəncamında görmək istədiyi və buna görə Usman Dembeleni buraxmağa razılaşdığı Moratanın transferinə “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone mane olur.

Avropa mətbuatının yazdığına görə, Moratanın məxsus olduğu və “Qoca Sinyora”ya icarəyə verildiyi “Atletiko” futbolçunun La Liqa çempionluğu uğrunda birbaşa rəqibi olan komandaya transferinə icazə vermir.

Beləliklə, hücumçu “Tottenhem” variantını götür-qoy etməyə məcbur qalıb. “Çelsi”nin keçmiş hücumçusunun “transfer pəncərəsi”nin son saatlarında “Tottenhem”ə keçidi istisna olunmur.

Bənzər yazılar

Back to top button