Dünya
Türkiyədə fişəng zavodu partladı: ölən və yaralananlar var
Türkiyənin Sakarya vilayətindəki fişəng zavodunda partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 74 nəfər isə yaralanıb.
Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi açıqlamaya görə, hadisə yerinə 85 təcili yardım maşını, 2 helikopter ambulansı, 11 milli səhiyyə xilasetmə briqadası cəlb edilib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.