Cəmiyyət

Havanın temperaturu müsbət 40 dərəcəyə yaxınlaşır

Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında hava yağıntısız olacaq, gün ərzində şimal-qərb küləyi cənub-şərq küləyilə əvəz olunacaq, havanın temperaturu gecə müsbət 21 +26, gündüz müsbət 31 +36 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Rayonlarda da yağıntı gözlənilmir, lakin gün ərzində dağlıq ərazilərdə qısamüddətli yağış gözlənilir, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 20 +25, gündüz müsbət 33 +38 dərəcə olacaq.

Dağlarda gecə müsbət 11 +16, gündüz müsbət 19 +24 dərəcə gözlənilir.

Bənzər yazılar

Back to top button