İqtisadiyyat

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Sentyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysı qəbul edib.

Dövlət başçısının saytı xəbər verib ki, Əliyev Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

O, gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Əliyev diqqəti ona yönəldib ki, uzun illər Azərbaycan xarici borcun azaldılması istiqamətində səylər göstərib və artıq bu məqsədə nail olunub.

Öz növbəsində, Prays qeyd edib ki, “ Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib”.

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkənin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, Azərbaycanla Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpa olunan enerji, “yaşıl” iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.(Turan)

Bənzər yazılar

Back to top button