İdman

Neymarın yaşıl meydanlara nə vaxt qayıdacağı bilindi

Braziliya millisinin hücumçusu Neymarın yaşıl meydana nə vaxt qayıdacağı açıqlanıb.

Fanat.az xəbər verir ki, məlumatı Braziliyanın “Globo” nəşri yayıb.

Xəbərə görə, Neymarı sabah Braziliya millisinin həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Mənbə 31 yaşlı ulduzun bərba prosesinin 10 ay sürəcəyini vurğulayıb.

Bu isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun oyunçusunun yaşıl meydanlara gələn ilin avqustunda dönə biləcəyi anlamındadır.

Xatırladaq ki, Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub.

Bənzər yazılar

Back to top button