İdman

“Komandaya təşəkkür edirəm, barmaqlarım dondu” – “Real”ın ukraynalısı

“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin La Liqanın 15-ci turu çərçivəsində keçirilən matçı – “Qranada”nı 2:0 hesabı ilə yendikləri qarşılaşmanı dəyərləndirib.

Fanat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin bu oyunda güvəndiyi Luninin dediklərini “Madrid Zone” belə çatdırıb:

“Komandaya təşəkkür edirəm, barmaqlarım dondu. Qapının toxunulmazlığını saxlayırsansa, qələbə qazanmaq asanlaşır. Qol buraxmadığımız oyunların 95 faizində qələbə qazanmışıq. Əsas odur ki, yenidən turnir cədvəlində 1-ci pillədəyik.

Toni Kroosun qol ötürməsi? Onun etdiyi təəccüb doğurmadı. Kroos 15 ildir ki, bu səviyyədə oynayır”.

Qeyd edək ki, 15 La Liqa matçından 38 xal götürən “Real Madrid” bu qələbə sayəsində turnir cədvəlinin zirvəsinə qayıdıb.

Bənzər yazılar

Back to top button