Hadisə

AQTA verdiyi qərara görə cərimələnəcək – Məhkəmə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin verdiyi qərardan növbəti dəfə məhkəməyə müraciət olunub.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, AQTA-nın qərarından şikayət verən şəxs Şərifov Azad Möhyəddin oğludur. Vətəndaşın şikayətinə əsasən AQTA İnzibati Xətalar Məcəlləsinin ticarət əleyhinə olan 447.0.4-cü maddəsi ilə cərimələnib.

Qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

AQTA-nın işinə 28 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button