İdman

“Bunu hansısa komandanın arzularında da bacaracağına inanmıram” – Massimiliano Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 31-ci turunda evdə “Fiorentina” üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.az xəbər verir ki, onun dediklərini “Football Italia” belə çatdırıb:

“Hər gün daha yaxşı olmaq üçün səylə çalışırıq. Əlbəttə, psixoloji məqamlar da var. Biz uzun müddətdir ki, A Seriyasının qalibi ola bilmirik. İlk yarıda ciddi təhlükə ilə üzləşmədik. Vurduğumuz 3 qol cüzi oyundankənar vəziyyətlər üzündən ləğv olundu. İkinci yarıda da qol epizodları yaratdıq.

Hə, matçın sonlarında texniki səhv səbəbindən qol buraxa bilərdik. Amma oyunçuları qınamaq fikrim yoxdur. Futbolçularımız mümkün qədər çox xal toplamaq üçün yaxşı mövsüm keçirirlər.

Hər oyunda topa 90 dəqiqə nəzarət etmək, rəqib qapısına 30 zərbə vurmaq istəyirik. Ancaq bunu hansısa komandanın arzularında da bacaracağına inanmıram. İndi ən vacib olan nəticədir. Fasiləyə 2 top fərqi ilə öndə yollanmalıydıq. Reallıq budur ki, ikinci qolu vura bilmədik və “Fiorentina” döyüşməyə başladı. Təşkil etdiyimiz əks-hücumlardan daha yaxşı faydalansaydıq, hesab fərqli olardı”.

Qeyd edək ki, 31 matça 62 xal toplayan “Yuventus” A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub. 30 görüşə 43 xal yığan “Fiorentina” isə 10-cu yerdə qərarlaşıb.

Bənzər yazılar

Back to top button