Siyasət

Azərbaycan müdafiə nazirinin Belarusa səfəri

İyulun 2-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusa gedib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Səfər çərçivəsində Zakir Həsənov Minskdə bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi ölkələri Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Bənzər yazılar

Back to top button