Dünya

“Tramp qalib gəlsə, NATO-nun şərqə genişlənməsindən imtina edə bilər” – KİV

“ABŞ prezidentliyinə namizəd olan respublikaçı Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməsindən imtina edəcəyini vəd etmək imkanını nəzərdən keçirir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzetinin məqaləsində deyilir.

Nəşr qeyd edir ki, respublikaçılar çevrəsinin əhval-ruhiyyəsi ilə tanış olan iki təhlükəsizlik ekspertinin fikrincə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə hansı ölkələrin, xüsusən də Ukrayna və Gürcüstanın NATO-ya üzv ola biləcəyi ilə bağlı razılıq əldə etmək imkanını nəzərdən keçirir.

Bildirilir ki, bu, gələcəkdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qeyri-müəyyən vəddən imtina demək olacaq.
Materialda qeyd edilir ki, Tramp bundan əvvəl jurnalistlərə Ukraynaya NATO-ya üzvlük təklifinin səhv olduğunu və münaqişənin başlanmasının əsas səbəbinin olduğunu bildirib. Ekspertin fikrincə, Tramp düşərgəsində çoxları açıq şəkildə Ukraynasız NATO-ya üstünlük verir.

Bənzər yazılar

Back to top button