CəmiyyətDünya

Məkkə ilə Mədinəni birləşdirən sürətli dəmir yolu xətti açılıb

Səudiyyə Ərəbistanın iki müqəddəs şəhərini – Məkkə ilə Mədinəni birləşdirən ilk sürətli dəmir yolu istifadəyə verilib. Artıq Məkkədən Mədinəyə bir saat ərzində çatmaq mümkün olacaq.

Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, ilk sürətli dəmir yolu xəttinin təntənəli açılış mərasimində Kral Salman bin Əbdüləziz Al Səud iştirak edib.

Qeyd olunub ki, saatda 300 kilometr sürətlə hərəkət edəcək qatarlarla il ərzində 60 milyon sərnişin daşımaq mümkün olacaq. Dəmir yolunun uzunluğu 450 kilometrdir. Bu marşrut üzrə beş dayanacaq olacaq – Məkkə, Ciddə, Ciddədəki Kral Əbdüləziz adına hava limanı, Rabih və Mədinə.

Yerli mətbuatın verdiyi məlumatlarda qeyd olunur ki, Məkkə ilə Mədinəni birləşdirən dəmir yolu xəttinin açılışı ilk növbədə ölkəyə Həcc və ümrə ziyarətlərinə gələn zəvvarların gediş-gəlişlərinin asanlaşdırılmasına və onların sayının artırılmasına yönəlib.

Bənzər yazılar

Back to top button