İqtisadiyyat

Tərlan Əsədullayevin şirkəti nizamnamə kapitalını 110 dəfə azaldır (FOTO)

Nizamnamə kapitalı 33 min manat olan “Esstcon” MMC ilkin kapitalını 110 dəfə azaldır.

Qaynarinfo rəsmi məlumatlara istinadən xəbər verir ki, hazırda qanuni təmsilçisi Aqil Allahverdiyev olan şirkət 2018-ci ildə yaradılıb.

Elektrik quraşdırma və elektrik təchizat sistemlərinin təmiri ilə məşğul olan şirkətin ilk qanuni təmsilçisi Tərlan Adil oğlu Əsədullayev olub. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 138A, mənzil 51 olan şirkətin reyestr sənədlərinə sonuncu dəfə 10.01.2020 tarixində dəyişiklik edilib.

Qeyd edək ki, eyni ünvanda və Tərlan Əsədullayevin adına daha bir şirkət var: “Confirex” MMC.

2018-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 70 min manatdır. Maraqlıdır ki, bu şirkətin də qanuni təmsilçisi sonradan dəyişdirilib. Hazırda şirkətin qanuni təmsilçisi Ruslan Nəsibov Rəhim oğludur. Şirkət yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərir. 2019-cu ildə şirkətlə 3 satınalma müqavəsi bağlanılıb.

Bənzər yazılar

Back to top button