Hadisə

“Qaçqınkom”dan məcburi köçkünlərə verilən mənzillərlə bağlı açıqlama

“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”.

Bu barədə Qaynarinfo-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır.

“Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, – deyə məlumatda bildirilib.

Komitənin məlumatına əsasən, məcburi köçkünlərə verilən mənzillərin bölgüsündə ədalət və şəffaflıq prinsiplərinə əməl edilir:

“Bu sahədə iş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi üzrə mövcud qaydaları əsasında aparılır”.

Bənzər yazılar

Back to top button