Bakıda məktəb direktoru işdən azad edilib - ƏMR

Sep 12, 2024 - 09:09
 0
Bakıda məktəb direktoru işdən azad edilib - ƏMR

Bakıda 313 saylı orta məktəbin direktoru işdən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, məktəbə 17 il rəhbərlik edən Zakir Bayramov yaş həddinə görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zakir Bayramov 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Müəllim" fəxri adına layiq görülüb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow