"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq

Sep 4, 2024 - 18:00
 0
"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq

"Barselona"nın zədəli yarımmüdafiəçisi Fermin Lopesin durumuna aydınlıq gəlib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu budunun əzələ zədələnməsi səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcək.

Onun La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacağı gözlənilir.

Qeyd edək ki, F.Lopes Paris-2024-də çempion olan İspaniyanın olimpiya  millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow