Braziliyalı ulduz "Barselona"nı tərk edəcək, İspaniyanı yox - SON DURUM

Aug 20, 2024 - 21:37
 0
Braziliyalı ulduz "Barselona"nı tərk edəcək, İspaniyanı yox - SON DURUM

"Barselona"nın hücumçusu Vitor Roke klubunun qeydiyyatını dəyişməyə yaxındır.

Fanat.az xəbər verir ki, bu barədə jurnalist Pedro Almeyda məlumat yayıb. 

Mənbənin məlumatına görə, 19 yaşlı braziliyalı "Betis"ə keçəcək. Klublar arasında danışıqlar son mərhələdədir.

Roke qışda 40 milyon avroya "Atletiko Paranaense"dən "Barselona"ya keçib. Futbolçu Kataloniya klubunda 16 oyun keçirib və 2 qol vurmağı bacarıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow