"İngilis dilini başa düşürəm, amma..." - Zidan MY-nin baş məşqçisi olacaq?

Sep 9, 2024 - 14:52
 0
"İngilis dilini başa düşürəm, amma..." - Zidan MY-nin baş məşqçisi olacaq?

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"ə mümkün təyinatı ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:

"Mən ingilis dilini başa düşürəm, amma bu dildə sərbəst danışa bilmirəm. Bilirəm ki, bəzi məşqçilər ölkənin dilini bilmədən komandalarına rəhbərlik edirlər. Amma mən başqa prinsiplə işləyirəm. Qələbələr bir çox komponentlərdən ibarətdir. Bu məqama qlobal prizmadan yanaşmaq lazımdır. Mənə qələbə üçün nə lazım olduğunun fərqindəyəm".

Xatırladaq ki, MY-ni hazırda Erik ten Haq çalışdırır. Klub rəhbərliyi ötən mövsümün sonunda onunla müqavilə yeniləsə də, komandanın cari mövsüm ortaya qoyduğu oyun niderlandlı mütəxəssisin postundan göndəriləcəyi ilə bağlı dərc edilən xəbərlərə meydan verir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow