Kadırovun oğluna Çeçenistanın ən yüksək mükafatı verildi

Aug 26, 2024 - 10:57
 0
Kadırovun oğluna Çeçenistanın ən yüksək mükafatı verildi

Çeçenistan rəhbərinin təhlükəsizliyini təmin edən idarənin rəisi, Ramzan Kadırovun oğlu Adam Kadırov respublikanın ali mükafatı – Kadırov ordeni ilə təltif edilib.

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev “Telegram” kanalında məlumat verib.

“Mən Çeçenistan Respublikasının başçısının təhlükəsizlik şöbəsinin müdiri, hörmətli qardaş Adam Kadırovu Çeçenistan Respublikasının ali mükafatı – Kadırov ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu, onun yüksək mənəvi keyfiyyətlərinin və işinə sədaqətinin layiqli etirafıdır”, - deyə Çeçenistan hökumətinin nümayəndəsi bildirib.

O, həmçinin Çeçenistan rəhbərinin oğlunu əsl vətənpərvər adlandırıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Adam Kadırov Çeçenistan  Respublikasının Qəhrəmanı olub, noyabrda isə İslamın möhkəmlənməsinə və onun dəyərlərinin qorunmasına verdiyi mühüm şəxsi töhfəyə görə 1-ci dərəcəli “İslam dininə xidmətə görə” mükafatı alıb. O vaxta qədər bu, onun 1,5 ayda yeddinci mükafatı olub. 2024-cü ilin fevralında o, Birləşmiş Ərəb Əmirliklərində keçirilən xüsusi təyinatlıların yarışında iştirakçılarına verdiyi dəstəyə görə medalla təltif edilib.

Xatırladaq ki, Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində “Şeyx Mənsur” batalyonuna və Rusiya Qvardiyasının tərkibindəki “Baysanqur Benoyevski” batalyonuna rəhbərlik edir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow