Kadırovun qızları başqasının adı ilə Avropaya səyahət edirlər

Aug 28, 2024 - 21:13
 0
Kadırovun qızları başqasının adı ilə Avropaya səyahət edirlər

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Karina, Tabarik və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo” sızan sərhəd-keçid məlumat bazasına əsasən məlumat yayıb.

2017-ci ilin iyununda Kadırovun qızları atalarının "Airbus ACJ319" biznes təyyarəsi ilə Parisə uçublar. Təyyarədə ən azı 21 nəfər olub. Sərnişinlər arasında Çeçenistan rəhbərinin Musayev soyadlı pasportlardan istifadə edən üç qızı da olub. Eyni zamanda, sənədlərində onların atasının adı Ramzanovna və əsl doğum tarixləri qeyd olunub. Digər sızmalara görə, Kadırovun qızlarının istifadə etdiyi hər üç pasport hələ də etibarlı kimi qeyd olunur.

Onlardan başqa təyyarədə Fatimə Xazuyeva da olub. "Agentstvo”nun yazdığı kimi, o, Çeçenistan rəhbəri ilə münasibətdədir. Xazuevanın qızı Aşura da anasının soyadı olan sənədlərdən istifadə edərək Fransaya uçub. Kadırov onu həyat yoldaşı Medninin qızı adlandırır və Çeçenistan hakimiyyətinin məlumatlarına görə, o, respublika başçısının soyadını daşıyır. Aşura Kadırovanın hazırda 12 yaşı var və uçuş zamanı onun beş yaşı olub. 

Kadırovun digər qızı Ayşat Parisdə moda nümayişləri keçirən "Firdaws" moda evini idarəçisi olub. O, eyni təyyarə ilə 2020-ci ildə ən azı bir dəfə moda nümayişi günü Fransa paytaxtına uçub. 

Xatırladaq ki, Avropa ölkələri 2014-cü ildə Ramzan Kadırova qarşı sanksiyalar tətbiq edib, 2017-ci ildə isə o, ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə onun qızları Ayşat və Karina Avropanın sanksiya siyahısına salınıb və ABŞ onun həyat yoldaşı Medniyə, Fatimə Xazuevaya və Çeçenistan rəhbərinin münasibətdə olduğu Aminat Əhmədovaya və "Firdaws" moda evinə də sanksiya tətbiq edib. Daha sonra Avropa ölkələrinin və ABŞ-ın hakimiyyət orqanları Kadırovun anasını siyahıya daxil edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow