Nazirdən İstanbulla bağlı qorxunc proqnoz: "2,5 milyon insan risk altındadır"

Aug 17, 2024 - 16:58
 0
Nazirdən İstanbulla bağlı qorxunc proqnoz: "2,5 milyon insan risk altındadır"

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 17 Avqust 1999-cu il Mərmərə zəlzələsinin 25-ci ildönümü ilə bağlı verdiyi açıqlamada qorxunc proqnoz açıqlayıb.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir İstanbulun 39 rayonunda risk analizinin tamamlandığını və 1,5 milyon evin təhlükəli vəziyyətdə olduğunu müəyyənləşdiyini bildirib.

"Mümkün bir zəlzələnin ilk dəqiqələrində 600 min ev uçmaq təhlükəsi ilə üz-üzədir. Yəni təxminən 2,5 milyon insanımız çox ciddi risk altında yaşayır. Biz bu vəziyyətin ciddiliyini tam dərk edirik və bilirik ki, bu binaların təcili transformasiyası lazımdır", deyə Murat Kurum bildirib.

Onun sözlərinə görə, İstanbul zəlzələsi təkcə şəhərə deyil, bütün Mərmərə bölgəsinə, hətta bütün Türkiyəyə təsir edəcək:

"Çünki ölkəmizin iqtisadiyyatının gücü daha çox İstanbulda, bu bölgədə, yəni Mərmərədədir. İstanbulda baş verəcək zəlzələ iqtisadiyyat, ticarət və turizmlə yanaşı, təhsil, müdafiə və nəqliyyat sahələrində də ciddi problemlər yaradacaq".

"İstanbulda müəyyən etdiyimiz 1,5 milyon riskli binanın bəzilərini transformasiya etdik. Biz ictimai binaların, o cümlədən təhsil və səhiyyə binalarının zəlzələyə davamlılığını artırdıq. Bu çərçivədə 505 min müstəqil hissəni sökdük. 2012-ci ildən isə biz nazirlik və özəl sektorla birlikdə 903 min müstəqil bölmənin transformasiyasını başa çatdırmışıq. Hazırda 181 min müstəqil bölmənin transformasiya işlərini davam etdiririk", deyə Murat Kurum bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow