Yürgen Klopp Blaşikovskinin komandasının baş məşqçisi olacaq -RƏSMİ

Aug 17, 2024 - 16:51
 0
Yürgen Klopp Blaşikovskinin komandasının baş məşqçisi olacaq -RƏSMİ

Futbol azarkeşləri ötən mövsümün sonunda "Liverpul"dan ayrılan mütəxəssis Yürgen Kloppu gələn ay iş başında görəcəklər.

Fanat.az xəbər verir ki, Klopp Dortmund "Borussiya"sının sabiq polşalı futbolçuları Yakub Blaşikovski və Lukaş Pişekin vida matçında komandalardan birini meydana çıxaracaq.

Məlumatı "Borussiya"nın rəsmi saytı yayıb.

Alman çalışdırıcının vida oyununda Blaşikovskinin komandasına rəhbərlik edəcəyi gözlənilir.

Sözügedən matç sentyabrın 7-də "Siqnal İduna Park"da keçiriləcək.

Klopp daha öncə "Borussiya"nı və "Maynts 05"i çalışdırıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow