Ronaldunun klubu "Çelsi"nin hücumçusunu transfer etdi - RƏSMİ

Sep 3, 2024 - 17:34
 0
Ronaldunun klubu "Çelsi"nin hücumçusunu transfer etdi - RƏSMİ

"Çelsi"nin braziliyalı hücumçusu Anjelo Qabriel karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.az xəbər verir ki, məlumatı "zadəganlar"ın rəsmi saytı yayıb.

19 yaşlı forvardın "Ə-Nəsr"ə satıldığı açıqlanıb.

"Transfermarkt" portalı bu keçidə görə ərəblərin qarşı tərəfə 23 milyon avro ödədiyini açıqlayıb.

"Çelsi" Anjelonu 2023-cü ilin yayında "Santos"dan transfer etmişdi. O, ötən mövsümü icarə əsasında Fransa təmsilçisi "Strasburq"da keçirib.

Qeyd edək ki, portuqaliyalı superulduz Kriştianu Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow