Totti əfsanəsi olduğu klubu tənqid etdi: "Roma" xoşuma gəlmir"

Sep 16, 2024 - 22:49
 0
Totti əfsanəsi olduğu klubu tənqid etdi: "Roma" xoşuma gəlmir"

İtaliyanın və "Roma"nın əfsanəvi hücumçusu Françesko Totti keçmiş klubunun bu yay transfer bazarındakı çıxışını tənqid edib.

Fanat.az xəbər verir ki, Totti “Corriere dello Sport”-a belə danışıb:

“Bir çox A Seriya komandaları yay transfer pəncərəsi zamanı bir qədər gücləndi, amma məncə, bu mənada “Yuventus” ən yaxşı yayı keçirdi. "Roma"? Xeyr, xoşuma gəlmir. "Roma" üçün xaotik transfer pəncərəsi oldu. Daniele De Rossi oyunçuların ən yaxşı tandemini tapmalıdır. Onunla danışırıq. Daniele çempionatın startından razı olmadığını, amma vəziyyəti dəyişmək istədiyini söylədi. Ümid edirəm ki, o, uğur qazanacaq”.

Qeyd edək ki, “Roma” A Seriyasının ilk 4 turundan sonra qələbəyə həsrətdir. "Canavarlar" 1 görüşdə məğlub olub, 3 heç-heçə ilə kifayətlənib. Paytaxt təmsilçisi 3 xalla hazırda 16-cı pillədə qərarlaşıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow