Ueyn Runi "Mançester Yunayted"də - 7 il sonra "Old Trafford"a qayıdır

Aug 22, 2024 - 21:16
 0
Ueyn Runi "Mançester Yunayted"də - 7 il sonra "Old Trafford"a qayıdır

Ueyn Runi beynəlxalq fasilə zamanı, sentyabrın 7-də "Old Trafford"da keçiriləcək "Mançester Yunayted" - "Seltik" əfsanələri matçında iştirak edəcək. 

Fanat.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti açıqlama yayıb.

Xəbərə görə, dən başqa, MY-nin əfsanələri arasında Maykl Kerrik, Darren Fletçer, Antonio Valensiya, Dimitar Berbatov, Niki Batt və Pol Skoulz da yer alacaq.

Komandanın baş məşqçisi Brayan Robson təyin edilib və Endi Koul ona kömək edəcək.

Runinin "Mançester Yunayted" forması ilə "Old Trafford"da son çıxışı Premyer Liqanın 2016/17 mövsümünün son günündə "Kristal Pelas"la (2:0) görüş olub. Həmin matçla o, Mançesterdəki 13 illik parlaq karyerasına son qoyub və 559 oyunda 253 qolla komandanı ən yaxşı bombardir olaraq tərk edib.

Hazırda 38 yaşlı Runi Çempionşipdə çıxış edən "Plimut"u çalışdırır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow