Dünya

SBU bütün Ukraynada yüksək hazırlıq vəziyyətinə gətirildi

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) ölkənin bütün bölgələrində yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qaynarinfo xəbər verir ki, xüsusi xidmət nümayəndəsi Artem Dextyarenkonun açıqlamasına görə, işçilər təşəbbüskar davranmalı və dövlət təhlükəsizliyi üçün təhlükə yarada biləcək məlumatları daima təhlil etməlidirlər.

Hazırda xidmət əks-kəşfiyyat və əməliyyat-axtarış komponentlərini gücləndirib. Ukraynanın bir neçə bölgəsində antiterror təlimləri keçirilir.

Bundan əvvəl SBU ölkənin bəzi bölgələrində xüsusi bir rejimin tətbiqi və xidmət işçiləri tərəfindən təlimlərin keçirilməsi ilə əlaqədar olaraq vətəndaşlar üçün məhdudiyyətlərin olması barədə xəbərdarlıq edib. Bu qadağalara nəqliyyatın və piyadaların hərəkəti, kütləvi sənəd yoxlamaları və nəqliyyat vasitələrinə baxış daxildir.

Xatırladaq ki, mart ayının sonunda Donbasda yenidən gərginlik başlayıb. 20 aprel çərşənbə axşamı qondarma DNR səlahiyyətliləri Ukrayna Silahlı Qüvvələrinin onları atəşə tutduqlarını bildirib. Onların iddiasına görə, son 24 saat ərzində Donbasın yaşayış məntəqələri altı dəfə atəşə tutulub.

Bənzər yazılar

Back to top button