İdman

Mbappenin “Real”dan tələb etdiyi maaş – Rekord təklif açıqlandı

“Real”ın yayda transfer etmək istədiyi Kilian Mbappenin tələb etdiyi maaş açıqlanıb.

Fanat.Az Fransanın “L’Equipe” qəzetinə istinadən xəbər verir ki, PSJ-nin ulduzu Madrid klubundan 15 milyon avro maaş tələb edib. Mbappe bildirib ki, bu tələb yerinə yetirilməyəcəyi halda PSJ-dən ayrılmayacaq.

“France Football” nəşri isə iddia edir ki, “Real” 20 yaşlı futbolçu üçün PSJ-yə 280 milyon avro təklif edəcək. Hazırda madridlilərin əsas hədəfi olan Mbappenin xidmətində klub prezidenti Florentino Peres və Zinəddinin Zidanın maraqlı olduğu bildirilir. Bu keçid baş tutsa, dünya rekordu qırılacaq.

Bənzər yazılar

Back to top button