Dünya

Böyük imperiyanı dağıdan prezident nə qədər pensiya alır?

SSRİ süqut etməzdən bir neçə gün öncə Mixail Qorbaçov Yeltsinlə görüşərək ittifaq dağıdıqdan sonra sosial şəraiti üçün rəsmi zəmanət tələb edib. Hansı zəmanətdən söhbət gedir? Qorbaçov şəxsi köməkçiləri, dövlət tərəfindən ona bağışlanan bağı və nəqliyyat vasitəsini, eləcə də böyük məbləğdə pensiyanı nəzərdə tutmuşdu.

Bizimyol.info xəbər verir ki, məhz bu tələbdən sonra müəyyən edildi ki, Qorbaçov hər ay ən az 40 oklad məbləğində pensiya alacaq. İndi keçmiş prezidentin təqaüdü 740 min rubl təşkil edir.

Hazırda Rusiyada pensiyaya çıxan bütün yüksək vəzifəli dövlət məmurlarına eyni qaydalar tətbiq edilir.

Bənzər yazılar

Back to top button