Bu şəxs Nəsimi rayonuna başçı göndərilə bilər - FOTO

Oct 10, 2024 - 07:28
Bu şəxs Nəsimi rayonuna başçı göndərilə bilər - FOTO

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov Nəsimi rayonunun İcra Hakimiyyətinin başçısı təyin edilə bilər. 
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. 
 
İntiqam Məmmədov əvvəllər Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin rəisi vəzifəsində çalışıb. 
 
Eldar Əzizov 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra İntiqam Məmmədovu da icra hakimiyyətinin strukturlarından biri olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktor təyin edib. 

Intiqam Məmmədov
 
İntiqam Məmmədov yüksək təşkilatçı və bacarıqlı menecer kimi xarakterizə edilən məmurlardandır. 
 
Qeyd edək ki, Nəsimi rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsi cari ilin sentyabr ayının 23-dən boşdur. 
 
Məsələ ilə bağlı Bakı şəhər İcra hakimiyyətindən mövqe öyrənə bilmədik.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow